Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu
12 sentyabr 2026
# 13:00

77 yaşlı amerikalı məşhur müğənni Billi Coel beynindən əməliyyat olunub.

Kulis.az xəbər verir ki, bu barədə o, “The Independent”ə danışıb.

Müğənni beynində yığılan artıq mayenin xaric edilməsi üçün kəlləsinə şunt yerləşdirildiyini deyib.

Məlumata görə, əməliyyatdan sonra onun yaddaşı və tarazlığı yaxşılaşıb.

Billi Coelə nadir xəstəlik olan normal təzyiqli hidrosefaliya diaqnozu qoyulub.

O bildirib ki, səhnədə çıxış edərkən özünü sanki beyin silkələnməsi keçirirmiş kimi hiss edib.

Xatırladaq ki, Billi Coel 22 fevral 2025-ci ildə Konnektikutda baş tutan son konsertində səhnədə yıxılıb.

Qeyd edək ki, bundan sonra ona sözügedən xəstəlik diaqnozu qoyulub və Coel konsert fəaliyyətini dayandırmaq qərarına gəlib.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər