Məşhur modelyer vəfat etdi

Məşhur modelyer vəfat etdi
4 mart 2024
# 15:00

ABŞ-ın məşhur modelyer və dizayneri İris Apfel vəfat edib.

Kulis.az xəbər verir ki, 102 yaşında vəfat edən modelyer 2014-cü ildə məşhur rejissor Albert Maysles tərəfindən çəkilmiş "İris" adlı sənədli filmin mövzusu olub.

Qeyd edək ki, tanınmış dizayner fərqli kəsilmiş ağ saçları, böyük ölçülü eynəkləri, parlaq dodaq boyası və iri muncuqlu boyunbağısı ilə tanınırdı.

# 677 dəfə oxunub

Müəllifin son yazıları

# # #