Dünyaca məşhur küçə rəssamı Benksinin Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına etiraz simvolu olan "Keep Ou T" adlı məşhur instalyasiyası Londonda hərraca təqdim olunur.
Kulis.az xəbər verir ki, əsər keçiriləcək Modern və Müasir İncəsənət Auksionundan əvvəl nümayiş etdirilməyə başlanıb.
Hitrou hava limanının qapısından sökülmüş metal jalüz üzərində hazırlanan əsərdə "KEEP OUT" (Giriş qadağandır) yazısındakı "T" hərfinin qopduğu və Benksinin imza simvolu sayılan siçovulun bu hərflə qapıdakı qıfılı açmağa çalışdığı təsvir olunub.
Qeyd edək ki, oktyabrın 15-də baş tutacaq hərracda sənət əsərinin 1,2–1,8 milyon funt-sterlinq (təxminən 1,4–2,1 milyon avro) qiymətinə alıcı tapacağı gözlənilir.
Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır