Məşhur jurnalist qalmaqala görə PEN klubundan istefa verdi

Məşhur jurnalist qalmaqala görə PEN klubundan istefa verdi
17 may 2023
# 17:15

Rusiyalı və amerikalı jurnalist Maşa Qessen rus və ukraynalı yazıçılarla qalmaqala görə Amerika PEN klubunun vitse-prezidenti postunu tərk etmək məcburiyyətində qalıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Qessen “World Voices” festivalında Qərb mediasında "dissident" adlandırılan iki rus yazıçısının dəvət edildiyi müzakirə panelinə ev sahibliyi etməli idi. Ukraynalı yazıçılar panelə etiraz ediblər.

Qeyd edək ki, PEN klub rus yazıçılarının iştirakı ilə keçirilən paneldən imtina edib və ləğv edib, nəticədə Qessen Yazıçılar Assosiasiyasının vitse-prezidenti vəzifəsindən istefa verib.

Xatırladaq ki, bundan əvvəl gürcü sənətçisi Tamara Qverdtsiteli Nyu Yorkdakı konserti zamanı rus dilində mahnı oxumaqdan imtina edib.

# 867 dəfə oxunub

Müəllifin son yazıları

# # #