Məşhur fotoqrafın həyatı film olur

Ara Güler

Ara Güler

21 fevral 2023
# 11:50

Türkiyənin tanınmış fotoqrafı Ara Gülerin həyatı kinoya çevrilir.

Kulis.az xəbər verir ki, Pablo Pikassodan tutmuş Uinston Çörçilə qədər 20-ci əsrin ən ikonik fotoşəkillərini çəkən fotojurnalist Ara Gülerin həyatı rejissor Aren Perdeci və Ela Almayanac tərəfindən lentə alınacaq.

"Ara Güler ​​Arxiv və Araşdırma Mərkəzi" və "Ara Güler ​​Muzeyi"nin sahibi olan Doğuş Qrupunun öhdəsinə götürdüyü bioqrafik layihənin prodüseri "Kara Kedi " Film Şirkəti olacaq.

Filmdə Ara Güleri kimin canlandıracağı hələlik məlum deyil.

2018-ci ildə vəfat edən Güler, ona "İstanbulun Gözü" ləqəbini qazandıran köhnə İstanbulun fotoşəkilləri ilə yanaşı, 20-ci əsrin ən mühüm simalarının rəsmlərini çəkərək şöhrət qazanıb.

# 1078 dəfə oxunub

Müəllifin son yazıları

# # #