Məşhur bəstəkar vəfat etdi

Fridrix Cerha

Fridrix Cerha

15 fevral 2023
# 14:00

Avstriyanın məşhur bəstəkarlarından biri Fridrix Cerha vəfat edib.

Kulis.az xəbər verir ki, musiqiçi 96 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi hələ dəqiqləşdirilməyib.

1926-cı ildə Vyanada anadan olan Fridrix Cerha Avstriya musiqisinin ən nüfuzlu simalarından biri hesab olunur. Skripka və kiçik ansambllar üçün ilk əsərlərini gənclik illərində yazsa da, musiqi karyerasına İkinci Dünya Müharibəsinin başlaması ilə fasilə verib.

1946-cı ildən Vyana Musiqi Akademiyasında skripka, bəstəkarlıq və musiqi təhsili, həmçinin Vyana Universitetində musiqişünaslıq, almanşünaslıq və fəlsəfə üzrə təhsil alıb. 1958-ci ildə Kurt Schwertzik ilə birlikdə "Die Reihe" ansamblını yaradıb və onun köməyi ilə Avstriyada müasir musiqini təbliğ edib. Cerha yaradıcılığının zirvəsi Alban Berqin "Lulu" operasının üçüncü pərdəsinin yaradılması olub.

2006-cı ildə bəstəkar Venesiya Film Festivalında bəstəsinə görə "Qızıl Aslan" mükafatına layiq görülüb.

# 1468 dəfə oxunub

Müəllifin son yazıları

# # #