"Mən burdayam, İlahi!" filmi nümayiş olunacaq

"Mən burdayam, İlahi!" filmi nümayiş olunacaq
21 fevral 2024
# 14:30

Fevralın 27-də, saat 19:00-da "Azərbaycan" CinemaPlus-da rejissor Qulu Əsgərovun "Mən burdayam, İlahi!" tammetrajlı bədii filmi nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, rollarda Rasim Cəfər, Günay Həsən, Aygün Əlipənahova və başqalarının oynadığı filmin süjetində, müharibədə yaralanan qazinin öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizə, ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib.

Qeyd edək ki, filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşov, operatoru Vasif Vəlizadədir.

Ünvan: Əbdülkərim Əlizadə küç. 1

# 781 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #