Lerikdə "Hər gəncə bir kitab" layihəsi başladı

Lerikdə "Hər gəncə bir kitab" layihəsi başladı
21 sentyabr 2022
# 15:40

Lerikdə gənclərin mütaliə mədəniyyətinin formalaşması və dünyagörüşün artması üçün kənd gənclərinə bəddi ədəbiyyatlar hədiyyə edilir.

Kulis.az xəbər verir ki gənclərdə ədəbiyyata və kitaba maraq yaratmaq məqsədilə Lerik Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi və Çinar yayımlarının birgə əməkdaşlığı ilə Çayrud kəndindən olan gənclərə 100 ədəd bədii ədəbiyyat və məktəblilər üçün dərs vəsaitləri hədiyyə edilib.

Hədiyyə olunan kitablar Çayrud kənd tam orta məktəbində yerləşdirilib və gənclər asudə vaxtlarında kənd kitabxanasından istifadə edə bilərlər

Qeyd edək ki, belə kitab guşələrinin yaradılması digər kəndlər üçün də nəzərdə tutulub.

# 1085 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #