Kitabxana-idarəetmə sistemi ilə bağlı treninqlərə başlanılıb

Kitabxana-idarəetmə sistemi ilə bağlı treninqlərə başlanılıb
13 mart 2024
# 10:30

Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanaların mütəxəssisləri üçün KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında treninqlərə başlanılıb.

Kulis.az xəbər verir ki, treninqin məqsədi aktiv, sürətli və yaxşı strukturlaşdırılmış kod bazasına malik, istifadəçi interfeysi konfiqurasiya edilə və uyğunlaşdırıla bilən, açıq mənbəli, inteqrasiya edilmiş kitabxana sistemi KOHA-nın Mədəniyyət Nazirliyinin tabeliyindəki kütləvi kitabxanalarda tətbiqinə dəstək olmaqdır.

Tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov sistemin öyrənilməsi və region kitabxanalarında tətbiqinin Milli Kitabxananın fondundan istifadə imkanı yaradacağını deyib.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsi Nəşriyyatlarla iş sektorunun müdiri Xəyal Məmmədov da layihə barədə fikirlərini bölüşüb.

Qeyd edək ki, martın 16-dək davam edəcək treninqlərdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Gəncə, Lənkəran, Şəki şəhər, Ağcabədi, Ağstafa, Xaçmaz, Ağdaş, Sabirabad, Biləsuvar, Şamaxı, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən, ümumilikdə, 18 mütəxəssis iştirak edir.

# 636 dəfə oxunub

Müəllifin son yazıları

# # #