Kino ittifaqlarının rəsmi birləşməsinin və sədr seçkisinin tarixi bilindi

Kino ittifaqlarının rəsmi birləşməsinin və sədr seçkisinin tarixi bilindi
21 fevral 2024
# 14:10

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransının vaxtı məlum olub.

Kulis.az xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi rejissor Əlisa Cabbarov bildirib ki, konfrans 5 mart tarixində keçiriləcək.

“Konfransın gündəliyində duran məsələlərə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və eləcə də ona sədr və idarə heyətinin seçilməsi daxildir”, - katib qeyd edib.

Onun sözlərinə görə, hələlik sədr postuna elan edilən tək namizəd Xalq artisti Rasim Balayevdir: “Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının namizədidir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı da, sözsüz, öz namizədini elə konfransda da elan edə bilər”.

APA

# 688 dəfə oxunub

Müəllifin son yazıları

# # #