Kann Film Festivalında Qızıl Palma budağı qazandı

Kann Film Festivalında Qızıl Palma budağı qazandı
19 may 2023
# 10:03

Aktyor Harrison Ford 2023-cü ildə Kann Film Festivalında ömürlük uğuruna görə fəxri Palma budağı alıb.

Kulis.az xəbər verir ki, bu barədə The Hollywood Reporter məlumat yayıb.

Mükafatı aktyora Kann rejissoru Ayris Knoblox təqdim edib.

Ford böyük ekranda bütün həyatı boyu məşhur filmlərdəki rolları əks etdirən videoya baxdıqdan sonra qeyd edib: "Deyirlər ki, ölüm ayağında olanda bütün həyatınız gözünüzün qabağından keçir və mən indi sadəcə həyatımın gözümün qabağında necə söndüyünü gördüm".

# 872 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #