Kamal Abdulla Minsk Dövlət Linqvistik Universitetində mühazirə oxudu

Kamal Abdulla Minsk Dövlət Linqvistik Universitetində  mühazirə oxudu
13 sentyabr 2023
# 15:12

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla sentyabrın 11-də Minsk Dövlət Linqvistik Universitetinin rektoru, professor Natalya Yevqeniyevna Lapteva ilə görüşüb.

"Kulis.az xəbər verir ki, görüş zamanı bu ilin iyun ayında imzalanmış əməkdaşlıq müqaviləsinin icrası məsələləri müzakirə edilib. Müzakirələr zamanı ikili diplom proqramlarının hazırlanması, ixtisasartırma kurslarının keçirilməsi, professor-muəllim və eləcə də tələbələr üçün müştərək beynəlxalq elmi-praktiki konfransların təşkili və birgə illik beynəlxalq elmi jurnalın nəşr olunması qərara alınıb.

Görüşdə ADU-nun Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, MDLU-nun rektor köməkçisi Rimma Fyodorovna Saxarova və sözügedən Universitetin İxtisasartırma və kadrların yenidən hazırlanması İnstitutunun direktoru Larisa Arkadyevna Triqubova iştirak ediblər.

Sentyabrın 12-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Minsk Dövlət Linqvistik Universitetinin Tərcümə fakültəsinin tələbə və müəllimlərinə mühazirə oxuyub. Mühazirə tələbə və müəllimlərin böyük marağına səbəb olub. Akademik Kamal Abdulla onların çoxsaylı suallarını cavablandırıb.

Kamal Abdulla Minsk Dövlət Linqvistik Universitetində mühazirə oxudu - FOTOLAR Kamal Abdulla Minsk Dövlət Linqvistik Universitetində mühazirə oxudu - FOTOLAR Kamal Abdulla Minsk Dövlət Linqvistik Universitetində mühazirə oxudu - FOTOLAR Kamal Abdulla Minsk Dövlət Linqvistik Universitetində mühazirə oxudu - FOTOLAR

# 779 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #