İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada anım mərasimləri - Müqəddəs Fransiskin xatirəsinə
5 oktyabr 2026
# 12:40

Assizili Müqəddəs Fransiskin vəfatının 800-cü ildönümü münasibətilə Assizi şəhərində genişmiqyaslı anım mərasimləri keçirilib.

Kulis.az xəbər verir ki, 1977-ci ildən sonra ilk dəfə oktyabrın 4-ü ölkədə yenidən rəsmi milli bayram kimi qeyd olunub.

Tədbirdə İtaliya Prezidenti Serco Mattarella, din xadimləri və xarici ölkə səfirləri iştirak ediblər.

Mattarella çıxışında müasir müharibələrə toxunaraq Fransiskin sülh irsinin vacibliyini vurğulayıb: "Bu gün dünya dəhşətli münaqişələrlə qana bürünür. Fransisk bize öyrətdi ki, tanrı adı ilə insan öldürməkdən daha böyük cinayət yoxdur".

Qeyd edək ki, yubiley çərçivəsində, həmçinin Porziuncola Muzeyində müqəddəsin ilk əlyazmalarının və nadir ikonaların nümayiş olunduğu xüsusi sərgi açılıb.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər