İstanbulda “Qəhvə festivalı” olacaq

İstanbulda “Qəhvə festivalı”   olacaq
3 sentyabr 2026
# 11:25

12-ci "Türk Telekom Prime İstanbul Coffee Festival" 10–13 sentyabr tarixlərində İstanbulun "Tepe Nautilus" məkanında baş tutacaq.

Kulis.az xəbər verir ki, dörd gün davam edəcək festival çərçivəsində 162 fərqli stend, qəhvə dəmləmə ustad dərsləri, dequstasiyalar və zəngin musiqi proqramı təqdim olunacaq.

Hər gün bir ifaçının səhnə alacağı festivalın musiqi proqramında yeni nəsil repçi Poizi , "Pinhani" qrupu, Burak Kut və Oğuzhan Koç çıxış edəcəklər.

# 77 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər