“İRS” beynəlxalq jurnalının suahili dilində ilk nömrəsi yayımlandı

“İRS” beynəlxalq jurnalının suahili dilində ilk nömrəsi yayımlandı
16 sentyabr 2026
# 17:30

Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və mənəvi irsini dünya miqyasında təbliğ edən “İrs-Urithi” beynəlxalq jurnalının suahili dilində ilk nömrəsi nəşr olunub. Jurnal Azərbaycan həqiqətlərinin Şərqi Afrika regionunda, xüsusilə suahili dilli 200 milyondan çox əhali arasında geniş auditoriyaya çatdırılması məqsədini daşıyır.

Kulis.az xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlının ilk buraxılışdakı “Ön söz”ündə nəşrin indiyədək dünyanın 21 müxtəlif dilində uğurla işıq üzü gördüyü, suahili dilindəki bu buraxılışın isə Afrika qitəsindəki mühüm regional layihələrdən biri olduğu vurğulanır.

Baş redaktor oxuculara Azərbaycanın coğrafi mövqeyi, keçdiyi inkişaf yolu, ərazilərinin işğaldan azad edilməsi və hazırda həmin torpaqlarda aparılan böyük yenidənqurma işləri barədə ətraflı məlumat verir.

Onu da qeyd edək ki, jurnalın ilk nömrəsinin əsas məqalələri WUF13 və Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunub.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər