II Beynəlxalq Turan Film Festivalı keçirildi

II Beynəlxalq Turan Film Festivalı keçirildi
21 may 2025
# 16:20

Türkiyə Mədəniyyət və Turizm nazirliyi, “Sinema Genel Müdürlüğü”, TÜRKSOY və Ege Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin İzmir şəhərində II Beynəlxalq Turan Film Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, festivalda Azərbaycan həm münsiflər heyətinin üzvü qismində, həm də festivalın əsas proqramında təmsil olunub.

Bu il festivala 80 ölkədən 1675 film müraciət edib. Türkiyədən 324, Azərbaycandan 32, Qırğızıstandan 7, Qazaxıstandan 17, Özbəkistandan 13, Türkmənistandan 10 film seçilərək festivalda iştirak edib. Ege Universitetinin ev sahibliyi etdiyi festival çərçivəsində beynəlxalq film müsabiqəsi, 3 “sinema talks” tədbiri, 2 foto sərgi, 7 film kateqoriyası üzrə film nümayişləri, rəsm sərgisi, konsert və şou proqram baş tutub.

Festivalın münsiflər heyətində Azərbaycandan rejissor və ssenarist, HoçazFilm Kinostudiyasının direktoru Amil Məmibəyli və rejissor, ssenarist Valeh Əhmədov yer alıb.

Azərbaycan adına mükafatlar – Birincilik mükafatına, “Ən yaxşı film” kateqoriyasında “Sizə məktub var…” (rejissor Məzahir Həşimov), “Ən yaxşı sənədli film” mükafatına “Half Steel” – (Cavid Səmədov, Polad Rzayev), “Jürinin xüsusi mükafatı”na “Nəfəs” (rejissor Elmar Bayramov) və “Novruznamə” (rejissor Ərturan Nəcəfi Göl) filmləri layiq görülüblər.

Bundan başqa festivalın “Gənc istedad” mükafatı Azərbaycandan İnci Qurban və Kövsər Qurbana təqdim olunub.

Qeyd edək ki, festival çərçivəsində Türkiyənin tanınmış kino xadimləri – Semih Kaplanoğlu, Birol Güven, Can Ulkay və digərləri ilə Azərbaycan nümayəndə heyətinin görüşləri də baş tutub.

# 92 dəfə oxunub

Müəllifin son yazıları

# # #