Hilal Baydarov Türkiyədə qalib oldu

Hilal Baydarov, rejissor

Hilal Baydarov, rejissor

27 iyun 2022
# 10:20

Azərbaycanlı rejissor Hilal Baydarovun "Balıqlara xütbә" filmi TRT tәrәfindәn keçirilәn "12 punto" yarışmasında qaliblәrdәn biri olub.

Kulis.az TRT “12 punto”nun rəsmi Tvitter səhifəsinə istinadən xəbər verir ki, film "Beynәlxalq ortaq istehsal" mükafatına layiq görülüb.

Xatırladaq ki, bu yarışmada hәm Türkiyә daxilindәn, hәm dә beynәlxalq film layihәlәri, ssenarilәri qәbul edilir. Fәrqlәnәn filmlәrә müxtәlif mükafatlar verilir. Keçən il Elçin Musaoğlunun "Mәryәm" filmi dә bu yarışmada mükafat qazanmışdı.

# 1839 dəfə oxunub

Müəllifin son yazıları

# # #