Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək
25 sentyabr 2026
# 16:30

Klassik balet repertuarının mühüm əsərlərindən olan "Qu gölü" Gürcüstan Dövlət Balet Teatrının təqdimatında İstanbul və Ankarada səhnələşdiriləcək.

Kulis.az xəbər verir ki, dünyaca məşhur balerina Nina Ananiaşvilinin bədii rəhbərliyi ilə fəaliyyət göstərən kollektiv Pyotr Çaykovskinin bu ölməz əsərini ilk dəfə Türkiyədə nümayiş etdirəcək.

"Piu Entertainment"in təşkilatçılığı ilə baş tutacaq İstanbul nümayişlərində balet truppasını drijor Levan Caqayevin rəhbərliyində "Piu Simfonik Orkestri" canlı olaraq müşayiət edəcək.

Əsər Marius Petipa və Lev İvanovun klassik xoreoqrafiyası əsasında hazırlanıb.

Qeyd edək ki, Gürcüstan Dövlət Baleti daha əvvəl Londonun məşhur "London Coliseum" səhnəsində də çıxış edib.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər