Gənc Tamaşaçılar Teatrı yeni mövsümü “Şirinlər” tamaşası ilə açacaq

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü “Şirinlər” tamaşası ilə açacaq
14 sentyabr 2022
# 17:40

Sentyabrın 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 95-ci mövsümünü Pierre Cullifordun “Şirinlər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə açacaq.

Kulis.az xəbər verir ki, əsəri rus dilindən dilimizə çevirən və səhnələşdirən Elşad Rəhimzadədir.

Qeyd edək ki, tamaşada bir-biri ilə mehriban və şən münasibətdə olan Şirinlər ailəsindən bəhs edilir. Lakin belə münasibəti gözü götürməyən Qarqamel kimi şər qüvvəli varlıqlar onların arasına nifaq salmağa çalışırlar. Amma buna baxmayaraq birlik və ağıl bütün pisliklərin qarşısını alır. Tamaşa uşaqlara qarşılıqlı yardımlaşmağı, ailədə mehribançılığı, dostluqda sədaqətı öyrədir, həmçinin darda olan dostlara kömək etmək, humanizm kimi gözəl ideyalar aşılayır.

# 1106 dəfə oxunub

Müəllifin son yazıları

# # #