Gənc ifaçı musiqi studiyasında ölü tapıldı

Gənc ifaçı musiqi studiyasında ölü tapıldı
20 aprel 2023
# 16:50

Müğənni Dinar Raxmatullin 34 yaşında qəflətən dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, bu barədə "StarHit" məlumat yayıb.

Musiqiçinin meyiti səsyazma studiyasında tapılıb. Raxmatullinin yaxınları onun ölümünü təsdiqləyib və ölüm səbəbini açıqlamaq niyyətində olmadıqlarını bildiriblər. Sənətçinin ailəsi pərəstişkarlarını mövqelərinə anlayışla yanaşmağa çağırıb.

Sosial şəbəkələrdə isə Raxmatullinin həyatdan getməsi ilə bağlı iki versiya nəzərdən keçirilir - intihar və ürək problemləri.

Dinar Raxmatullin daha çox "Ana" bəstəsi ilə tanınıb.

Dinar Rahmatullin: цитаты исполнителя

# 1043 dəfə oxunub

Müəllifin son yazıları

# # #