Dekabrın 30-da Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında klassik musiqi və poeziya axşamı təşkil olunacaq.
Kulis.az xəbər verir ki, “Üç gözəlin bir arzusu” adlı konsert sevgi, harmoniya və Yeni il möcüzəsi ilə dolu bir atmosferə qərq olaraq ilin mükəmməl yekununu təmin edəcək.
Gecədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq və respublika müsabiqələr laureatı Gülsüm Xəlilovanın (soprano) və Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nazxanım Dadaşovanın (piano) ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim olunacaq.
Konsertin poeziya bölməsini Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, ssenarist və bir çox incəsənət layihələrinin müəllifi Ülviyyə Axundova təqdim edəcək.