Fatih Terim kitab yazır

Fatih Terim

Fatih Terim

11 noyabr 2022
# 15:40

"Qalatasaray"dan ayrıldıqdan sonra bir çox fərqli komandalardan təklif alan məşqçi Fatih Terim bir müddət dincəlməyə üstünlük verib və bu təklifləri geri çevirib.

Kulis.az xəbər verir ki, məşhur baş məşqçi İtaliya Konsulluğundakı Türkiyə-İtaliya görüşündə kitab yazdığını bildirib.

"TRT Spor"un spikeri Veli Yiğit mövzu ilə bağlı açıqlama verib: "Fatih Terim kitab yazır. Sənədli filmdə olmayan çox şey kitabda olacaq. Üstəlik, Terimin qazandığı kuboklar və daha bir çox şeyin saxlanılacağı yüksək səviyyəli bir muzeyin də yaxında açılışı olacaq." deyib.

# 1128 dəfə oxunub

Müəllifin son yazıları

# # #