Əməkdar artist Yadigar Muradovun vəziyyəti açıqlandı

Əməkdar artist Yadigar Muradovun vəziyyəti açıqlandı
6 oktyabr 2025
# 11:22

"Xəstə Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır".

Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın Mətbuat xidmətindən məlumat verilib.

"Reanimasiya və intensiv terapiya şöbəsində çoxtərəfli kompleks müalicəsi davam etdirilir", - məlumatda bildirilib.

Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov oktyabrın 4-ü yüksək qan təzyiqi ilə xəstəxanaya yerləşdirilib.

# 283 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər