"Taliban" Əfqanıstanda hakimiyyətə gəldikdən bir il sonra açılan bəzi kinoteatrlarda əfqan filmləri ilk dəfə nümayiş olunmağa başlanıb.
Kulis.az xəbər verir ki, “Taliban” hərəkatı hakimiyyətə gəldikdən sonra keçirilən ilk film festivalı paytaxt Kabildəki Ariana və Nema Resane kinoteatrlarında təşkil olunub.
Əfqanıstan Radio və Televiziya Korporasiyası və 4 kino assosiasiyası tərəfindən təşkil edilən “ Yeni Baxış Qısa Film Festivalı” çərçivəsində əfqan rejissorların çəkdiyi 37 qısametrajlı və sənədli film tamaşaçılara təqdim olunur.
Ümumilikdə 4 gün davam edəcək festivalda münsiflər heyəti “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor” və “Ən yaxşı sənədli film” kateqoriyaları üzrə seçimlər edəcəklər.
Proqramdaki filmlərdə daha çox sosial cəhətdən zəif qrupların üzləşdiyi problemlərə və dini mövzulara toxunulur.
Ariana kinoteatrında filmlərə 50-yə yaxın adamın baxdığı görünsə də, bu şəxslərdən yalnız birinin qadın olması diqqət çəkib.