Dəliliyin və seksuallığın tarixindən kitablar yazan homoseksual filosof - Mişel Fuko kim idi?

Dəliliyin və seksuallığın tarixindən kitablar  yazan homoseksual filosof - Mişel Fuko kim idi?
15 oktyabr 2025
# 14:30

15 oktyabr tanınmış fransız filosof Mişel Fukonun doğum günüdür.

Kulis.az bu münasibətlə "SparkNotes" nəşrində dərc olunan "Mişel Fuko: İntizam və Cəza" yazısını Günay Ələkbərlinin tərcüməsində təqdim edir.

Mişel Fuko 15 oktyabr 1926-cı ildə Fransanın Poitiers şəhərində anadan olub.

Atası həkim idi və standart əyalət tərbiyəsi almışdı. 1946-1950-ci illərdə o, Parisdəki elit "Ecole Normale Superieure" -"ENS"də təhsil alıb, burada fəlsəfə və psixologiyanı öyrənib və Fransa kommunist partiyasının üzvlüyünə qəbul olub.

Fuko "ENS"də olarkən, Sainte Anne ruhi xəstəxanasında klinikaları müşahidə edir. Məzun olduqdan sonra Fuko Lille Universitetində psixologiya fənnini tədrisi ilə məşğul olur.

1955-ci ildə Uppsaladaki Fransa mədəniyyət heyətinin başçısı olaraq İsveçə gedir. Uppsala Universitetində ilk böyük əsəri olan "Dəliliyin tarixi"ni yazır. Fuko əvvəlcə Polşaya, daha sonra Hamburqa köçürülür.

"Dəliliyin tarixi" 1960-cı ildə doktorluq dissertasiyası kimi təqdim edilib və 1961-ci ildə nəşr olunub. Fuko 1960-cı ildən Klermont-Ferrand Universitetində fəlsəfə və psixologiya professoru olub.

Bu, həqiqətən, ictimai bir ziyalı olaraq karyerasının başlanğıcını təmsil edirdi. Fransız tənqidi jurnalı "Tel Que"nin redaksiya heyətinə qatılıb. Ardınca digər əsərlərini yazıb: şair Raymond Russelin bir araşdırması (1963), "Klinikanın doğuşu" (1963), "Kəlmələr və şeylər" (1966), "Biliyin arxeologiyası" (1969), "Həbsxananın doğuşu" (1975) və "Seksuallığın tarixi"nin üç cildi.

Fuko 1970-ci ildə Fransanın ən prestijli kollecində düşüncə sistemləri tarixi üzrə professor vəzifəsinə təyin olunmazdan əvvəl Tunisdə və Vincennes Universitetində dərs deyib.

Fuko təkcə bir intellektual və filosof deyil, həmçinin, siyasi fəal idi. Etiraz və aksiyaların bir çoxunda iştirak etdi: Əlcəzairdəki müharibəyə, irqçiliyə, Vyetnam müharibəsinə qarşı və həbsxana islahatı üçün.

Fuko tələbəlikdən bəri açıqca homoseksual idi və uzunmüddətli ortağı Daniel Defert ilə birlikdə yaşayırdı. 1984-cü ildə AİDS ilə əlaqəli bir xəstəlikdən vəfat edib.

Fukonun intellektual şəcərəsini izləmək çox çətindir. Karyerası boyu onu müəyyən bir hərəkata bağlamaq cəhdlərinə düşmən idi. Bəzi nöqtələrdə özünü Kantın tənqidi fəlsəfəsinə və ya müəllimi Corc Kanguilhemin tətbiq etdiyi elm tarixi ilə bağladı. Bu səbəblə onun işləri üstündə kimlərin təsiri olduğunu müəyyən etmək elə də asan deyildir. "Həbsxananın doğuşu" əsərində üç təsir xüsusilə önəmlidir: Nitsşe, strukturalizm və Fukonun siyasi fəallığı. Lakin bunların heç biri onun layihəsini tam olaraq izah etmir.

Fridrix Nitsşenin Fukoya təsiri xüsusilə tələbə vaxtlarında güclü idi. Fuko Nitsşeyə özünü Hegel fəlsəfəsinin "həbsxana"sından və 1940-50-ci illərin dominat Fransız intellektual tendensiyasını təmsil edən Sartrın ekzistensializmi və Marksizmindən azad etməsi ilə güvənirdi.

Nitsşe, həmçinin, Fukonun "Dəliliyin tarixi"ndəki dəlilik anlayışına da təsir göstərib. Sadələşdirilmiş formada, Nitsşenin fəlsəfəsi din və əxlaqın yaxınlaşmaqda olan böhranını və dinə qarşı dərin hiss edilən düşmanlığını ifadə edib.

O, bəlkə də "Tanrının öldüyünü" iddia edən və insanın bu vəziyyətdən kənarda necə irəliləyə biləcəyini təklif edən ilk filosof idi. Bu üsullar arasında insanın və təbii dünyanın daha müsbət cizgilər boyunca yenidən şərh edilməsi və bir əxlaq şəcərəsinin izlənməsi yer alırdı. "Şəcərə" ("Genealogiya") anlayışı, bəlkə də Nitsşenin Fukoya verdiyi ana mirasıdır.

Nitsşenin "əxlaq şəcərəsi" ideyası, ondan çıxarılan "sürü əxlaqı" yerinə, həyatı inkişaf etdirən keyfiyyətləri tərifləyərək, əxlaqı "həyat nöqteyi-nəzərindən" yenidən izah etməyə çalışıb.

Fukonun əsərində şəcərə müxtəlif müzakirələri tənqidi baxımdan araşdırmaq cəhdi oldu: Nitsşe məqaləsi, Şəcərə ("Genealogiya"), Tarix Fukonun Nitsşenin tarix ideyasının şərhini təqdim edir.

Fukonun strukturalizm olaraq bilinən boşuna müəyyənləşdirilmiş hərəkata olan münasibəti mürəkkəbdir. O, "strukturalist" olduğunu dəfələrlə rədd etsə də, lakin bir çox tənqidçi yenə də onun işlərini Klaudi Levi Strauss, Roland Barts, Jak Derrida və Jak Lakan kimi strukturalist mütəfəkkirlər ilə əlaqələndirir.

Strukturalizm bir hərəkat olaraq müəyyən fəlsəfi quruluşları və dil sistemlərini öyrənməyə çalışırdı. Bu, dildə "işarələrin" rolunu vurğulayan dil nəzəriyyəçisi De Sassurenin işlərindən qaynaqlanır. İşarələr bir sözü "işarələyən" səslərdən və işarə etdikləri obyekt və ya konsepsiyalardan ibarətdir. Nitq və dil, müxtəlif işarələrin mürəkkəb birləşməsidir. De Sassure, həmçinin, dil tarixinə iki fərqli yanaşma irəli sürdü : sinxronik və diaxronik. Sinxronik bir tədqiqat, quruluşa müəyyən bir zamandan yanaşarkən, diaxronik yanaşma tarixidir.

Fukonun axtarışında olduğu şeylərdən bir çoxu onu "strukturalist" adlandırmağa imkan verir. Məsələn, onun iqtidarın dilinin və sisteminin fərdlərin idarə edilməsi ilə bağlı axtarışları. Daha da önəmlisi, onun fərd haqqında təsəvvürü bir çox digər strukturalistlərin konsepsiyasına bənzəyir. Fukonun işlərinin çox hissəsi müəyyən bir diskussiyada həbs olunan şəxslərə "səs" verməyə yönəldilmiş olsa da, insan təbiəti və ya insan haqqında ümumbəşəri fikirlər mənasızdır. Onun üçün insanı idarə edən və yaradan daha geniş quruluşlar daha vacibdir. Həbsxananın Doğuşu həbsxananın "strukturalist" bir şərh olduğunu iddia etmir, amma bu şəkildə oxumaq faydalı ola bilər. Fukonu dar fəlsəfi kateqoriyalara qoymaqdan çəkinməlisiniz, lakin, onun bu özü ilə bağlı yanaşmaya müqavimət göstərmə cəhdləri onun əsərlərinin dəyərləndirilməsində yardımçı olacaqdır.

Daha yaxın təsir Fukonun Fransız həbsxana islahatı kampaniyası olan "GIP"də iştirak etməsidir. Fuko siyasi bir fəal olaraq Fransa və Amerikadakı həbsxanalara baş çəkir, broşürlər yazır və həbsxananın şəraiti haqqında ictimaiyyətə danışırdı. Bu təcrübə, şübhəsiz ki, onu "Həbsxananın doğuşu"nu yazmağa vadar edən yeganə amil deyildi, amma bu onun həbsxana həyatı anlayışının sırf nəzəri olmaqdan daha artığı olduğunu göstərir. Kitab bir çox cəhətdən Fukonun gördüklərinə nəzəri əsas vermək, ziyarət etdiyi yerlərin şərtlərini və quruluşlarını cəmiyyətdəki iqtidarın işləməsi baxımından izah etmək cəhdidir. Fukonun təsiri böyükdür. Bu təsir Amerikada xüsusilə nəzərə çarpır və onun terminologiyasının digər filosoflar və tarixçilər tərəfindən qəbul edilməsində daha aydın görünür.

Çıxış anlayışı və güc və bilik arasındakı əlaqə xüsusilə təsirlidir. Filosoflar Fukonun bəzi metodlarını fikirlərin tarixi, feminizm və "postmodernizm" kimi başqa sahələrə də tətbiq etməyə çalışdılar. Şübhəsiz ki, bir çox yazıçı bunu nəticələrini nəzərə almadan edir: Fukonun 1980 və 1990-cı illərin moda nəzəriyyəçisi rolu, ondan təsirləndiyi iddia edilən bir çox pis kitabla nəticələndi.

Fukonun metod və nəticələrini tənqid etmək də geniş yayılmışdır. Ənənəvi olaraq, tarixçilər tərəfindən dəlillərdən sui-istifadə etməkdə və müxtəlif sahələrdə əvvəlki işləri göz ardı etməkdə günahlandırılır. Fukonun qeydlər ve istinadlarla əfsanəvi diqqətsizliyinin bununla bir əlaqəsi ola bilər.

"Həbsxananın doğuşu" nisbətən yüngül şəkildə qaçmağa meyillidir, lakin Fukoya qarşı nəhəng müxalifət mövcuddur: onun bilinməzliyi, ənənəvi qurumlara düşmənçiliyi və səlis təqaüdü onu bəzi insanlara sevdirmir.

Həqiqətən, bir tənqidçi "Fuko Amerika alimlərinin ən sevimli qapalı idman növüdür" dedi.

# 236 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər