Corc Klunidən “Vaqner” çağırışı

Corc Klunidən “Vaqner” çağırışı
20 iyul 2023
# 11:00

Hollivud ulduzu Corc Kluni insanları Mərkəzi Afrika Respublikasında “Vaqner” özəl hərbi şirkəti ilə (ÖHŞ) mübarizə aparmağa çağırıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi “Vaqner” üzvlərini terrorda günahlandırıb, ölkənin sərvətini özəlləşdirdiyini və qurutduğunu deyib.

Amerikalı aktyor onların qadın və uşaqları iz qoymadan aradan götürdüklərini də vurğulayıb.

Kluninin sözlərinə görə, ABŞ, Avropa İttifaqı İŞİD və “Əl-Qaidə” ilə mübarizə təcrübəsinə əsaslanaraq “Vaqner”in biznes imperiyasını ləğv etməyə yönəlmiş xüsusi koalisiya yaratmalıdır.

Aktyor digər məsələlərlə yanaşı, ÖHŞ-nin maliyyə və hüquqi məsuliyyətə cəlb edilməsinin vacibliyini də qeyd edib.

“Mərkəzi Afrika Respublikası və digər Afrika ölkələrinin hakimiyyət orqanları ilə əlaqəli təşkilatlara, o cümlədən onları dəstəkləyən hüquqşünaslara və maliyyəçilərə qarşı sanksiyaların sərtləşdirilməsi “Vaqner”lə gələcək ittifaqları düşünənlərə əsaslı təsir göstərə bilər".

# 744 dəfə oxunub

Müəllifin son yazıları

# # #