Çingiz Abdullayevlə görüş keçiriləcək

Çingiz Abdullayevlə görüş keçiriləcək
25 may 2023
# 11:30

Mayın 27-si saat 16-da İçərişəhərdə Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçiriləcək.

Kulis.az xəbər verir ki, V Milli Kitab Sərgisi çərçivəsində təşkil olunan görüşdə yazıçı öz kitablarını oxucular üçün imzalayacaq.

Xatırladaq ki, 27 may – 4 iyun tarixlərində keçiriləcək V Milli Kitab Sərgisi hər gün saat 09.00-dan 20.00-dək fəaliyyət göstərəcək.

Tədbir çərçivəsində digər tanınmış dünya və Azərbaycan yazıçıları ilə də görüş və imza günləri nəzərdə tutulur.

Sərgiyə giriş sərbəstdir.

# 703 dəfə oxunub

Müəllifin son yazıları

# # #