Çexiya "Avroviziya"da iştirak etməyəcək - Səbəb

Çexiya "Avroviziya"da iştirak etməyəcək - Səbəb
7 oktyabr 2026
# 14:30

Çexiya İctimai Televiziyası maliyyə çətinlikləri və büdcə ixtisarlarını əsas gətirərək Bolqarıstanın Burqas şəhərində keçiriləcək "Avroviziya 2027" Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.

Kulis.az xəbər verir ki, yayımçı qurum hər il iştirak məsələsini fərdi qaydada dəyərləndirdiyini və gələcək illərdə yarışmaya nə vaxt qayıdacaqları barədə hələlik proqnoz vermək istəmədiklərini bildirib.

Çexiya bu qərarın sırf büdcə məsələləri ilə bağlı olduğunu desə də, addım müsabiqədə İsrailin iştirakına görə yaranan narazılıqlar fonuna təsadüf edir.

Qeyd edək ki, İrlandiya hökuməti Qəzzadakı insan itkilərinə etiraz olaraq 2027-ci ildə də yarışmanı boykot edəcəyini təsdiqləyib, İspaniya isə oxşar boykot qərarını müzakirə edir.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər