"Call of Duty" oyununun filmi yayımlanacaq

"Call of Duty" oyununun  filmi yayımlanacaq
24 oktyabr 2026
# 16:00

Məşhur oyun seriyası "Call of Duty"nin filmi yayımlanacaq.

Kulis.az xəbər verir ki, "Paramount" və "Activision" şirkətlərinin ortaqlığı ilə ərsəyə gələcək film 30 iyun 2028-ci ildə kinoteatrlarda nümayiş olunacaq.

"Modern Warfare" kainatına və Kapitan Prays, Soap, Qost kimi ikonik obrazlara fokuslanacaq ekran işində sadəcə döyüş səhnələri deyil, müharibənin gətirdiyi psixoloji yük və obrazların mürəkkəb daxili aləmi ön plana çıxarılacaq.

Rejissor Piter Berq filmin müharibənin real nəticələrini və insan faktorunu hiss etdirəcək güclü ruha sahib olacağını deyib.

Qeyd edək ki, layihə 10 ildən artıqdır ki, hazırlıq mərhələsindədir.

# 133 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər