Cahit Berkaydan etiraf: "Onu sevirdim"

Cahit Berkaydan etiraf:  "Onu sevirdim"
10 yanvar 2025
# 11:20

Ahmet Mümtaz Taylanın "Empati" verilişində qonaq olan bəstəkar Cahit Berkay Türkan Şorayla bağlı etirafı ilə hər kəsi təəccübləndirib.

Kulis.az xəbər verir ki, musiqisini bəstələdiyi "Sərvi boylum, al yazmalım" filmi haqqında danışan sənətçi Türkan Şoraya aşıq olduğunu deyib:

"Bu, platonik sevgi idi. O işi alanda qorxdum ki, öhdəsindən gələ bilməyəcəm...”

Qeyd edək ki, Çingiz Aytmatovun əsəri əsasında Atıf Yılmaz tərəfindən çəkilən film türk kinosunun ən parlaq nümunələrindən hesab olunur. Filmdə əsas rolları Türkan Şoray və Kadir İnanır canlandırır.

Cahit Berkaydan Türkan Şoray etirafı: Platonik eşq yaşadım - 6

# 146 dəfə oxunub

Müəllifin son yazıları

# # #