Buker mükafatının uzun siyahısı açıqlandı

Buker mükafatı

Buker mükafatı

26 iyul 2022
# 20:38

Nüfuzlu Buker mükafatının uzun siyahısı açıqlanıb.

Kulis.az xəbər verir ki, 2022-ci il Buker mükafatının uzun siyahısı bir neçə cəhətinə görə əlamətdar olub. Beş münsif 169 kitabın içindən uzun siyahı üçün 13 kitab seçib.

Uzun siyahıya düşən üç kitab debüt romandır: Selbi Vin Şvarts – “Safodan sonra”, Leyla Motli – “Gecə gəzintisi”, Meddi Mortimer – “Möhtəşəm bədənlərimizin xəritələri”

Leyli Matli siyahıdakı ən gənc müəllifdir (20 yaş), Alan Qarner isə ən yaşlısıdır (87 yaş).

Kler Kiqanın “Bunlar kimi balaca şeylər” romanı siyahıdakı ən kiçik həcmli kitabdır (116 səhifə).

Xatırladaq ki, mükafatın qısa siyahısı sentyabrın 6-da, qalibi isə oktyabrın 17-də açıqlanacaq.

# 1262 dəfə oxunub

Müəllifin son yazıları

# # #