“Bu şəhərdə kimsə yoxdur” serialının çəkilişlərinə başlanıldı

“Bu şəhərdə kimsə yoxdur”  serialının çəkilişlərinə başlanıldı
22 yanvar 2024
# 18:48

Tanınmış yazıçı Rövşən Abdullaoğlunun ssenarisi əsasında “Bu şəhərdə kimsə yoxdur” serialının çəkilişlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, serial fevral ayında izləyicilərə təqdim olunacaq.

Psixoloji dram və triller janrlarında olacaq filmin ssenarisi "Bu şəhərdə kimsə yoxdur" romanının və hələ çap olunmamış yeni romanın motivləri əsasında yazılıb.

Xəzər TV-də yayımlanacaq ekran işinin baş prodüseri Amiran Babayev, quruluşçu rejissoru Rüfət Şahbazovdur. Əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev və Rasim Cəfər, aktyorlar İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə, Ləman Mərrih və digərləri canlandıracaqlar.

# 1558 dəfə oxunub

Müəllifin son yazıları

# # #