"Böyük qayıdış"da qalib olan filmlərin çəkilişləri yekunlaşıb

"Böyük qayıdış"da qalib olan filmlərin çəkilişləri yekunlaşıb
5 dekabr 2022
# 17:30

Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalibi olmuş filmlərin çəkilişləri yekunlaşıb.

Kulis.az xəbər verir ki, ümumilikdə on bir layihə əsasında 11 film çəkilib.

Münsiflərin açıq səsverməsi yolu ilə keçirilmiş prosesdə 11 layihə (5 bədii, 4 sənədli, 2 animasiya film layihələri) qalib seçilib.

Qalib ssenarilər onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə dəstəyi əsasında istehsal olunub.

Artıq layihənin iki filmi - “Tarix” və “Qarabağ nağılı” animasiya filmləri nümayiş etdirilib.

# 1014 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #