Berlində Firəngiz Əlizadənin yubiley konserti keçirilib

Berlində Firəngiz Əlizadənin yubiley konserti keçirilib
7 dekabr 2022
# 10:40

Azərbaycanın Almaniyadakı səfirliyi Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə konsert təşkil edib.

Kulis.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Firəngiz Əlizadənin yaradıcılığına həsr olunmuş filmə baxıblar.

Tədbirdə Firəngiz Əlizadənin həyat və yaradıcılığından söhbət açılıb. Onun gənc yaşlarından musiqi əsərlərinin müəllifi olan bəstəkar beynəlxalq səviyyədə uğurlara imza atdığı, əsərlərinin dünyanın bir çox tanınmış musiqiçiləri və orkestrləri tərəfindən ifa olunduğu qeyd edilib.

Azərbaycan Bəstəkarlar İttifaqının musiqi kollektivinin ifasında Firəngiz Əlizadənin əsərlərindən ibarət konsert təqdim olunub.

Bəstəkarın “Rəqs”, “Dastan”, “İmpuls”, “Aşk havası”, “Muğamsayağı” və digər əsərləri dinlənilib.

# 842 dəfə oxunub

Müəllifin son yazıları

# # #