Barbra Streyzand memuarını çap edəcək

Barbra Streyzand memuarını çap edəcək
9 fevral 2023
# 17:30

Kulils.az Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni, aktrisa və rejissor Barbra Streyzand "Mənim adım Barbra" adlı memuar yazacağını açıqlayıb.

Kitabda o, həyatından və 60 illik uğurlu karyerasından bəhs edəcək.

80 yaşlı ulduz kitabının 7 noyabr 2023-cü ildə satışa çıxacağını qeyd edib.

Barbra Streyzand müğənni, aktrisa, rejissor və prodüser kimi uğur qazanıb. İki Oskar, beş Emmi, on Qremmi, on bir Qızıl Qlobus və Toni Mükafatı qazanan Streyzand bütün həyatı boyu xeyriyyəçiliklə məşğul olub, qadınların hüquqlarını, səsvermə hüquqlarını, ətraf mühiti və digər səbəbləri dəstəkləmək üçün 1986-cı ildə “Barbra Streyzand” Fondunu yaradıb.

# 958 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #