”Barbie” filminin tizeri internetə sızdırıldı

”Barbie” filminin tizeri internetə sızdırıldı
16 dekabr 2022
# 13:00

Margot Robbie və Rayan Goslingin rol aldığı ”Barbie” filminin tizeri internetə sızdırılıb.

Kulis.az xəbər verir ki, twitter-də paylaşılan şəkillər və videodan filmin tizer treylerinin dekabrın 16-da onlayn olacağı məlum olub.

Görüntülər daha sonra platformadan çıxarılıb.

Qısa videoda Margot Robbie -nin ilk dəfə 1959-cu ildə göründüyü Barbi kuklasının eyni çimərlik paltarında poza verməsi göstərilib.

Qeyd edək ki, “Barbie” filmi 21 iyul 2023-cü ildə kinoteatrlara çıxacaq.

# 1339 dəfə oxunub

Müəllifin son yazıları

# # #