Jurnalist Bahəddin Həzinin “ Ölümcül həqiqətlər” kitabının imza günü baş tutub.
Kulis.az xəbər verir ki, Park Bulvardakı “Əli və Nino” kitab mağazasında baş tutan tədbirdə jurnalistin bir sıra qələm dostları və yazıçılar iştirak ediblər.
Qeyd edək ki, Kitabda tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzinin son illərdə qələmə aldığı məqalə, yol qeydləri, esse və hekayələrin bir qismi, eləcə də, “Yadımdakı Qarabağ” xatirə-poeması yer alıb. “Həyatımın ölümcül həqiqətləri” xatirə-povestində müəllifin qarşılaşdığı hadisələrdən, eləcə də, sənəti ilə bağlı üzləşdiyi təhlükələrdən bəhs edilir. Bu yazılar günümüzün həssas mövzularına orjinal yanaşma və özünəməxsus təsvir üslubu ilə seçilir.