“Aysedora”nın premyerası olacaq

“Aysedora”nın premyerası olacaq
14 fevral 2024
# 10:15

Fevralın 21-22-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur rus yazıçı-dramaturqu Zinovıy Saqalovun "Aysedoranın üç həyatı" pyesi əsasında hazırlanan "Aysedora" mono tamaşası təqdim olunacaq.

Kulis.az xəbər verir ki, XIX-XX əsrlərdə yaşamış məşhur amerikalı rəqqasə Aysedora Dunkanın kəşməkəşli həyatından bəhs edən tamaşanın rejissoru və bədii redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.

Qeyd edək ki, əsərdə Aysedoranın dahi rus şairi Sergey Yeseninlə, məşhur teatr xadimi Qordon Kreq və o dövrün müəyyən görkəmli simaları ilə münasibətləri obrazlı şəkildə əks edilib.

# 612 dəfə oxunub

Müəllifin son yazıları

# # #