Amerikalı fotoqraf İvan Makklellan 10 illik araşdırmasının nəticəsi olan "Eight Seconds" layihəsinin davamı kimi "Eight Seconds: Legacy in Motion" adlı yeni fotoalbomunu yayımlayıb.
Kulis.az xəbər verir ki, alboma qaradərili kovboyların və rodeo iştirakçılarının həyatını əks etdirən, əvvəllər yayımlanmamış 91 fotoşəkil daxil edilib.
Fotoqraf Hollivud filmlərindəki ağdərili kovboy obrazlarının əksinə olaraq, ABŞ-də bu mədəniyyətin tərkib hissəsi olan minlərlə qaradərili amerikalının izini sürüb.
Layihə çərçivəsində öz şəxsi rodeosunu da təşkil edən Makklellan məqsədinin unudulmuş və kölgədə qalmış bu irsi gələcək nəsillərə çatdırmaq olduğunu deyib.
Qeyd edək ki, layihənin ilk kitabı 2024-cü ildə müğənni Beyonsenin "Cowboy Carter" albomu ilə eyni vaxtda işıq üzü görərək böyük marağa səbəb olmuşdu.





Amerikalı fotoqraf qaradərili kovboyların izində - Fotolar