Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı

Amerika 5 milyon dollarlıq tarixi əsəri Suriyaya qaytardı
25 sentyabr 2026
# 12:30

Nyu-York rəsmiləri İŞİD-in Suriyadakı qədim Palmira şəhərini dağıtdığı dövrdə ölkədən qanunsuz çıxarılan daş heykəl də daxil olmaqla, ümumi dəyəri 5 milyon dollardan çox olan 36 tarixi əsərin Suriyaya təhvil verildiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, Nyu-Yorkun Metropolitan İncəsənət Muzeyi və müxtəlif kolleksiyaçılardan müsadirə olunan bu eksponatlar ABŞ ilə Suriya arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq çərçivəsində qaytarılıb.

Qaytarılan əsas eksponatlar sırasında UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olan Palmiradan çıxarılmış, çəkisi 450 kiloqramdan çox olan relyefli əhəngdaşı heykəli diqqət çəkir.

Manhattan Dairə Prokuroru Alvin Braqq mədəni irsin qorunmasının sərhəd tanımayan bir məsuliyyət olduğunu vurğulayıb.

Suriyanın Vaşinqtondakı müvəqqəti işlər vəkili Məhəmməd Kənatri isə bu addımın iki ölkə arasında tarixi irsin bərpası istiqamətində mühüm körpü olduğunu deyib.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər