Aktyor keçmiş həyat yoldaşını oğurluqda ittiham etdi

Aktyor keçmiş həyat yoldaşını oğurluqda ittiham etdi
16 iyun 2023
# 12:42

Aktyor Kevin Kostner deyir ki, keçmiş həyat yoldaşı Baumqartner gizli şəkildə kartından pul çıxarıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktyor keçmiş həyat yoldaşı, dizayner Kristin Baumqartneri kredit kartı borcunu artırmaqda ittiham edib.

68 yaşlı aktyor iddia edir ki, keçmiş həyat yoldaşı onun kredit kartından "xəbərdarlıq etmədən" 95 min dollar xərcləyib. Kostner bu vəsaiti boşanma məhkəməsinə xərcləməyi planlaşdırırdı.

Qeyd edək ki, mayın əvvəlində Kevin Kostnerin həyat yoldaşı Kristin Baumqartner 18 illik evliliyindən sonra aktyordan boşanmaq üçün məhkəməyə müraciət edib . Sənətçinin həyat yoldaşı boşanma ərizəsində səbəb kimi “fikir ayrılıqları"nı göstərib.

# 849 dəfə oxunub

Müəllifin son yazıları

# # #