Koronavirus peyvəndi vurulan ilk məşhur

Koronavirus peyvəndi vurulan ilk məşhur
18 dekabr 2020
# 13:31

Dünya şöhrətli amerikalı aktyor Ser İan Makkellen yeni növ koronavirus peyvəndi vurulan ilk məşhur oldu.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, peyvənd vurulduğu üçün özünü şanslı hiss etdiyini deyən Makkellen hər kəsə peyvənd olmağı tövsiyə edib. 81 yaşlı aktyora İngiltərənin paytaxtı Londonda Queen Mary Universitet Xəstəxanasında peyvəndin ilk dozası artıq vurulub. Aktyor sevinc hisslərini bölüşərək qeyd edib:

“Mənim qədər uzun yaşayan hər kəs həyatda olduqlarını bundan əvvəl vudruduqları peyvəndlərə borcludur. Peyvəndin yaşlı nəsilə tətbiqi də mümkün olacaq. Bu çox yaxşıdır. Çünki bunu təkcə özünüz üçün deyil həm də yaxınlarınız və cəmiyyət üçün edirsiniz. Hamıya tövsüyə edirəm”.

# 2400 dəfə oxunub

Müəllifin son yazıları

# # #