Fransız kinosu əfsanəsini itirdi

Fransız kinosu əfsanəsini itirdi
16 dekabr 2019
# 10:16

Fransız aktrisa, ssenarist və müğənni Anna Karina vəfat edib.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, 79 yaşlı A.Karinanın ölüm səbəbi onkoloji xəstəlik olub.

Fransanın Mədəniyyət naziri Frank Riester qeyd edib ki, Fransa kinosu özünün əsas əfsanələrindən birini itirib.

1940-cı ildə anadan olan A.Karina fransız "Yeni dalğa"sının nümayəndəsi olub. O, 1961-ci ildə bu dalğanın banilərindən biri sayılan Jan-Lük Qodarla ailə həyatı qursa da, 6 il sonra ayrılıblar.

# 2006 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #