Beyonsenin 1 milyon dollarlıq əşyaları oğurlandı

Beyonsenin 1 milyon dollarlıq əşyaları oğurlandı
27 mart 2021
# 15:35

Məşhur ABŞ müğənnisi Beyonsenin 1 milyon dollar dəyərində qiymətli əşyaları oğurlanıb.

APA-nın xəbərinə görə, bu barədə TMZ onlayn qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən yazıb.

Mənbələr bildirib ki, Beyonseyə məxsus əşyaların saxlanıldığı anbardan bu ayın əvvəlində oğurluq olub və bu, artıq ikinci oğurluqdur.

Məşhur müğənninin bahalı əl çantaları və paltarları oğurlanıb.

Bildirilib ki, depo müğənninin şirkəti "Parkwood Entertainment"in icarəsində olsa da, oğurlanan əşyaların hamısı Beyonseyə məxsusdur.

# 1573 dəfə oxunub

Müəllifin son yazıları

# # #