Amerikalı kamança ifaçısı “Fəxri səfir” diplomuna layiq görülüb

Amerikalı kamança ifaçısı “Fəxri səfir” diplomuna layiq görülüb
19 avqust 2021
# 13:44

Amerikalı kamança ifaçısı Cefri Verbok “Fəxri səfir” diplomuna layiq görülüb

Kulis.az xəbər verir ki, Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısı Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyində qonağı olub.

Mərkəzin işçi heyəti ilə birgə Azərbaycan mədəniyyətinin, multikulturalizm siyasətinin daha geniş təbliğatı ilə bağlı layihələrin təşkili istiqamətində fikir mübadiləsi aparılıb. Görüşün sonunda Azərbaycan mədəniyyətinin, muğamının fəal əcnəbi təbliğatçısı kimi Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin “Fəxri səfiri” diplomuna layiq görülüb.

# 1465 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #