76-cı Kann Film Festivalının posteri dərc olundu

76-cı Kann Film Festivalının posteri dərc olundu
20 aprel 2023
# 16:00

76-cı Kann Film Festivalının rəsmi posteri tədbirin saytında dərc olunub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, posterdə aktrisa Catherine Deneuve təsvir olunub.

“60 ildən artıqdır ki, ən böyük fransız ulduzu çəkilişlərini davam etdirir. Deneuve, özünəməxsus şəkildə festivalın qoruduğu kino zənginliyini təcəssüm etdirir”, - deyə Kann Film Festivalının saytında qeyd olunub.

Həmçinin qeyd olunub ki, Deneuvenin də yer aldığı poster zamansızlığın və cəsarətliliyin simvoludur.

Festivalın əsas müsabiqəsinə 19 film daxildir. Müsabiqənin əsas münsiflər heyətinə "Meydan" və "Kədər üçbucağı" filmlərinə görə "Qızıl Palma" mükafatı laureatı, isveçli rejissor Ruben Östlund sədrlik edəcək.

Film festivalı mayın 16-dan 27-dək davam edəcək.

# 802 dəfə oxunub

Müəllifin son yazıları

# # #