76-cı Kann Film Festivalının filmləri və ulduzları təsdiqləndi

76-cı Kann Film Festivalının filmləri və ulduzları təsdiqləndi
13 aprel 2023
# 14:30

Dünyanın ən böyük film festivalı olan 76-cı Kann Film Festivalı filmləri və ulduzları təsdiqlənib.

Kulis.az xəbər verir ki, Kann Film Festivalının 76-cı buraxılışında “Çiçək ayın qatilləri” filmi ilə Martin Skorsez, aktyorlar Leonardo Di Kaprio, Robert de Niro, Tom Kruz və Harrison Fordun iştirakı artıq təsdiqlənib. Həmçinin məişət zorakılığı ittihamları ilə məhkəmə qarşısına çıxmış və sonda məhkəməni udan fransız aktyoru Coni Deppin də festivalda olacağı bildirilir.

Pedro Almodovarın yeni qısametrajlı filmi "Qəribə həyat tərzi" rəsmi seçimdə və dünya premyerasında nümayiş etdiriləcək. Nuri Bilge Ceylanın “Quru otlar üstündə” filmi festivalın əsas proqramında çıxış edəcək.

Festivalda qısametrajlı və uzunmetrajlı məşhur filmlərin rejissorları və aktyorlarının iştirakı gözlənilir. Tanınmış rejissor və aktyorların bəzilərinin seçilməsi hələ də sual altındadır.

Qeyd edək ki, 76-cı Kann Film Festivalı mayın 16-dan başlayacaq və 27-dək davam edəcək.

# 1001 dəfə oxunub

Müəllifin son yazıları

# # #