12 min illik zərgərlik tarixi Sərgidən fotolar

12 min illik zərgərlik tarixi –  Sərgidən fotolar
18 avqust 2026
# 16:00

Ankara Etnoqrafiya Muzeyində bəşəriyyətin 12 min illik zərgərlik tarixini işıqlandıran "Əldə vəfa, gözdə zərafət: Bəzək sənətinin 12000 illik hekayəsi" adlı sərgisi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə Epipaleolit dövründən Osmanlı imperiyası dövrünədək uzanan 550 tarixi bəzək əşyası nümayiş olunur.

Ekspozisiyaya 60 fərqli muzeyin kolleksiyasından seçilmiş 276 əsər daxildir.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sərgini ziyarət edərək bildirib ki, eksponatlar yalnız bəzək əşyası deyil, həm də aid olduqları dövrün mədəniyyətini, inancını və sosial həyatını əks etdirən canlı tarixi sənədlərdir.

Məlumata görə, Çatalhöyük, Aşıklı Höyük və Boncuklu Höyük kimi qədim məskənlərdən tapılan heyvan dişləri, dəniz balıqqulaqları və sümük muncuqlar zərgərlik sənətinin təkcə estetik deyil, həm də status, bərəkət və mühafizə inancı ilə bağlı olduğunu göstərir.

Sərgi Beynəlxalq Muzeylər Günü üçün müəyyən edilmiş "Muzeylər bölünmüş dünyanı birləşdirir" mövzusu çərçivəsində təşkil olunub.








# 167 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər