"Titanik"in çəkilişləri zamanı 50 nəfər narkotikdən zəhərlənib - Billi Zeyn açıqladı

"Titanik"in çəkilişləri zamanı 50 nəfər narkotikdən zəhərlənib - Billi Zeyn açıqladı
21 iyul 2026
# 17:00

"Titanik" filmində Kel rolunu canlandıran aktyor Billi Zeyn çəkiliş meydançasında aktyorların narkotikdən zəhərlənməsi insidentinin təfərrüatlarını bölüşüb.

Kulis.az xəbər verir ki, söhbət 1996-cı ildə naməlum şəxsin dəniz məhsullarından hazırlanan şorbaya fensiklidin qatdığı hadisədən gedir.

Nəticədə, ən azı 50 nəfər, o cümlədən rejissor Ceyms Kemeron və aktyor Bill Pekston hallüsinogenin təsiri altına düşüb.

Çoxları xəstəxanaya müraciət etsə də, Kemeron qusaraq fəsadların öhdəsindən gələ bilib. Pekston isə meydançaya qayıdaraq pivə içməyi üstün tutub və onun sözlərinə görə, bu, özünə gəlməsinə kömək edib.

Billi Zeyn şəxsən bu insidentə cəlb olunmadığını dəqiqləşdirib: həmin axşam filmin onun personajının iştirak etmədiyi hissəsindən səhnələr çəkilirdi. Təxribatı kimin törədə biləcəyi ilə bağlı sualı cavablandırarkən aktyor yayınaraq "Nə təsdiq, nə də təkzib edə bilərəm", - deyib.

Bununla belə, o, əmin edib ki, həmin vaxt 86 yaşı olan və yaşlı Roza rolunu canlandıran Qloriya Stüart zəhərli şorbanı içməyib.

Zeyn həmçinin zarafatla ehtimal edib ki, yaranan bu qarışıqlıq elə "Titanik"in əsl uğur sirri olub. Film öz dövrünün ən çox gəlir gətirən ekran işinə çevrilib və 11 "Oskar" qazanıb.

# 146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər