Məşhur britaniyalı aktrisa Naomi Uotts San Sebastyan Beynəlxalq Film Festivalının ən nüfuzlu mükafatı olan "Donostia"ya layiq görülüb.
Kulis.az xəbər verir ki, aktrisa mükafatı sentyabrın 19-da təşkil olunacaq qala gecəsində qəbul edəcək.
Tədbirdən sonra aktrisanın baş rola çəkildiyi "La esposa perfecta" filmi nümayiş olunacaq.
Qeyd edək ki, avqust ayında festivalın digər "Donostia" mükafatının məşhur rejissor Verner Hersoqa veriləcəyi elan olunmuşdu.
Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü